Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 801 $▲2.64%
  • Ethereum1 831 $▲3.54%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Həbs edilən Təranənin uşaqlarından YENİ XƏBƏR: "Artıq yaxın günlərdə..."

image-terane_copy
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Uşaqlar tibbi müayinədən keçdilər, hər şey qaydasındadır. Qan testinin nəticəsi yaxşıdır. Sadəcə olaraq 7 aylıq körpəmizdə bədən çəkisi aşağıdır. Ona görə qidaların əlavə olunması tövsiyə olundu. Eyni zamanda müəyyən vitamin çatışmazlığı olduğundan dərmanlar yazıldı. Tibbi müayinədən məlum oldu ki, təhlükəli bir patologiya yoxdur”.

Busaat.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə həbs edilən prodüser Təranə Səmədovanın qızlarından danışarkən deyib:

“Təranə Səmədovanın böyük qızı Suel sığınacağımıza öyrəşib, öz yaşıdları var. Bacısı yanındadır. Ən əsas istəyi o idi ki, bacısı ondan ayrılmasın. Artıq yaxın günlərdə məktəbinin dəyişməsi də həyata keçiriləcək”.

“Rəqsanə İsmayılova uşaqlara görə sizinlə əlaqə saxlayırmı?” sualına isə Kəmalə Ağazadə belə cavab verib:

“Əlbəttə, əlaqə saxlayır. Gündə bir neçə dəfə uşaqlarla maraqlanır. Tək o deyil, tanıyanların əksəriyyəti uşaqlarla maraqlanırlar. Amma bu gün uşaqların daha çox təlim-tərbiyə və təhsilə ehtiyacları var. Biz onları həyata keçirəcəyik. Sosial Xidmətlər Agentliyininin əməkdaşları bu gün gəldilər, qiymətləndirmə də apardılar. Uşaqların vəziyyətini, qaldıqları yeri yoxladılar”.

“Təranə Səmədovanın uşaqlarını diləndirməsi haqqında ittiham hüquqi baxımdan öz təsdiqini tapdımı?” sualına cavabda sığınacaq rəhbəri deyib ki, hazırda hüquq-mühafizə orqanları təhqiqat apardığı üçün heç bir məlumat verə bilməz:

“Yəqin ki, təhqiqatın nəticəsi ilə bağlı DİN məlumat yayacaq”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=101087