Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.82 $▲1.14%
  • WTI neft88.74 $▲0.94%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.145 $▼0.44%
  • Qızıl3 854 $▼0.48%
  • Gümüş47.40 $▼0.22%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda587.00 ¢▼0.09%
  • Bitcoin64 299 $▼1.56%
  • Ethereum1 807 $▼1.49%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Cəmiyyət

Həbsdə olan qazini vəzifəli şəxslər işgəncə ilə öldürüb - Rəsmi

image-1498052331_hebs
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Salyan rayonunda məhkumun cəzaçəkmə müəssisəsində vəfat etməsi ilə bağlı cinayət işi açılıb.

Busaat.az “Qafqazinfo”ya istinadən bildirir ki, Salyan rayon sakini, Vətən Müharibəsi iştirakçısı Sübhan Ağayev oğurluq cinayətini törətməkdə təqsirli bilinərək bu ilin yanvar ayında məhkəmə hökmü ilə 3 il 6 ay müddətinə azalıqdan məhrumetmə cəzasına məhkum edilib. Fevral ayının əvvəlində o, Salyan rayonundakı 5 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib və 28 fevralda orada ölüb.

S.Ağayevin yaxınları tərəfindən sosial şəbəkədə yayılmış müraciətlərdə onun cəzaçəkmə müəssisəsində zorakılığa məruz qalması bildirilib.

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, prokurorluq orqanları baş vermiş hadisə barədə məlumatlıdır: “Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 293.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə ibtidai istintaq davam edir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=106757