Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 400 $▲2.01%
  • Ethereum1 830 $▲3.47%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048

Həftəsonu ev heyvanlarının gəzdirilmə icazəsi ilə bağlı AÇIQLAMA - ŞƏRTLƏR

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İki günlük sərt karantin rejimi dövründə ev heyvanlarından yalnız itlərin gəzdirilməsinə sərbəst şərait yaradılacaq.

Bunu Trend-ə açıqlamasında Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, itlərin gəzdirilməsi üçün konkret müddət nəzərdə tutulmayıb:

“Həftə sonu nəzərdə tutulan sərt karantin rejimi dövründə vətəndaşlar yalnız itlərini çölə çıxardıb gəzdirə bilər. Ancaq bu vəziyyətdən sui-istifadə etmək olmaz. Vaxt və saya gəldikdə isə bu hər bir insanın vətəndaşlıq məsuliyyətidir. Onlar adi vaxtlarda itlərini ehtiyaclarını ödəmək üçün necə çıxarırdılarsa, həmin vaxt dövründə də bu cür etməlidirlər. Bir daha vurğulayıram və xahiş edirəm ki, insanlar sui-istifadəyə yol verməsinlər”.

İ.Məmmədov əlavə edib ki, sərt karantin rejiminin tələblərinə riayət olunmasına polis nəzarət edəcək.

Daxili İşlər Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov isə Trend-ə bildirib ki, itlərin parklarda və bulvarda gəzdirilməsinə icazə verilməyəcək: “Ev heyvanını küçəyə çıxarmaq ehtiyacı yarananda vətəndaş onu yalnız yaşadığı binanın həyətinə çıxara bilər. Bu da qısa müddət ərzində olmalıdır. Gücləndirilmiş və sərtləşdirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Operativ Qərargahın verdiyi qərarın icrası ilə bağlı bütün lazımı tədbirləri görüb və görəcək”.

Qeyd edək ki, 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir, Salyan rayonlarında küçəyə çıxmaq qadağan olunacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=10852