Hələbdə partlayış: 15 nəfər öldü
Suriyanın Mülki Müdafiə Xidməti, Hələbin şərqində, Mənbic şəhərinin kənarında bomba yüklü avtomobilin partladılması nəticəsində 14-ü qadın və bir kişi olmaqla, 15 nəfərin öldüyünü, daha 15 nəfərin isə yaralandığını bildirib. Busaat.az xəbər verir ki, bu barədə Suriyanın “SANA” xəbər agentliyi məlumat yayıb.
İlkin məlumata görə, minalanmış avtomobil kənd təsərrüfatı tarlalarına işləməyə gedən onlarla qadını daşıyan avtomobilin yanında partlayıb.
Suriya Mülki Müdafiə Xidmətinin məlumatına görə, bu, beş həftə ərzində Mənbicdə avtomobil və ya velosipedlə bomba qoyulmuş yeddinci hücumdur.
Loading...