Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.11 $▼1.56%
  • WTI neft90.69 $▼0.83%
  • Avropa qazı (TTF)85.85 €▼4.23%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 043 $▼0.27%
  • Gümüş51.54 $▼0.02%
  • Pambıq78.34 ¢▼0.01%
  • Buğda592.75 ¢▼0.42%
  • Bitcoin75 820 $▼0.19%
  • Ethereum2 239 $▲0.20%
  • S&P 5007 424▲0.91%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Analitika

“Həmin açıqlama Ermənistandakı qruplar arası mübarizədən xəbər verir” - ŞƏRH

image-63285fca6d28963285fca6d28a166359034663285fca6d28763285fca6d288
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Yalnız Rusiya-Ukrayna müharibəsinin nəticəsindən sonra Ermənistandakı hökumət Rusiyaya qarşı münasibətlərini formalaşdıracaq”.

Bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyanın “Rusiya bizə kömək etməyəcək, çünki ermənilər yaxşılıq qanmayan xalqdır” açıqlamasına münasibət bildirən politoloq Samir Hümbətov Busaat.az-a açıqlamasında deyib.

image-131bd62202-hh-1

O bildirib ki, Baqratyanın açıqlaması Ermənistandakı qruplar arası mübarizədən xəbər verir: “Belə açıqlama verməklə niyyətlərinin nədən ibarət olduğunu açıq etiraf etmiş olurlar. Baqratyan erməni cəmiyyətində Rusiya ilə bağlılığı olan şəxs kimi qiymətləndirilir. Son günlər Ermənistandakı Paşinyan hakimiyyətinin Rusiya ilə münasibətlərinin gərginləşdiyi bir vaxtda belə bir açıqlama ilə Baqratyan “Rusiyaya qarşı yaxşı hərəkət etmirik, Rusiya bizi cəzalandıracaq” mesajını verir. Həmin açıqlamanı sifariş kimi dəyərləndirə bilərik. Yaxın perspektivdə Rusiya-Ermənsitan münasibətlərinin necə dəyişəcəyi Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılıdır. Paşinyan hökuməti indiki zamanda Rusiyanın Ukraynada qalib olub-olmayacağını gözləyir. Yalnız müharibənin nəticəsindən sonra Ermənistandakı hökumət Rusiyaya qarşı münasibətlərini formalaşdırcaq.

Politoloq iki ölkə arasındakı münasibətlərin gələcəyinə də toxunub: “Yaxın gələcəkdə Ermənistanın Rusiya ilə bağlı münasibətlərində gərginlik-normallaşma döngüsü təkrarlanacaq. Nə Rusiya ilə münasibətləri tam qırıb atacaqlar, nə də tam olaraq Rusiyaya yaxınlaşacaqlar. Orta mövqe tutub Rusiya-Ukrayna müharibəsinin sonunu gözləyəcəklər. Paşinyan müharibənin elə-belə olmadığını anlayır. Əgər Rusiyanın yanında olarsa Qərb cəzalandıracaq, Qərbə yaxınlaşarsa Rusiya cəzalandıracaq. Rusiyanın qoşunu Ermənistandadır. KTMT-dən çıxmaq məsələsi isə yalnız və yalnız Ermənistan Qərbin dəstəyindən tam əmin olduğu zaman mümkündür. Bu baxımdan düşünürəm ki, yaxın gələcəkdə Ermənistan-Rusiya münasibətlərinin perspektivi indiki gərgin məcrada davam edəcək”.

Ələsgər / Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=97998