
Hərbçimiz həyatını xilas etdiyi erməni əsgərə baş çəkdi - Video
Azərbaycanlı hərbçi ilkin tibbi yardım göstərdiyi yaralı erməni əsgərə xəstəxanada baş çəkib.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı və ziyarətin görüntüsünü “Caliber” yayıb.
Görüntülərdən yaralı əsgərin adının Tiqran olduğu məlum olub.
Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə Azərbaycan hərbçilərinin yaralı erməni əsgərə ilkin tibbi yardım göstərməsinin daha bir görüntüsü yayımlanmışdı.























