“Huawei” dünyanın ilk üç qatlı smartfonunu təqdim etdi

backend

Çinin “Huawei” şirkəti üç dəfə qatlana bilən yeni “Mate XT Ultimate Design” smartfonunu təqdim edib. 

Bu barədə “Reuters” məlumat yayıb.

Tam açıldıqda model diaqonalı 10,2 düym olan planşetdir. Cihaz 6,4 düymlük smartfon və ya kiçik 7,9 düymlük planşet kimi də istifadə oluna bilər.

“Mate XT” həmçinin 50 MP və 13 MP-lik iki kameraya malikdir. Cihaz optik təsvir sabitləşdirmə və dəyişən apertura texnologiyasını dəstəkləyir.

256 giqabayt yaddaşa malik əsas versiyanın qiyməti 19 999 yuan (təxminən 2 809 dollar) , 1 terabayt yaddaşa malik modelin qiyməti isə 23 999 yuan (təxminən 3 370 dollar) təşkil edir.

Şirkətin məlumatına görə, “Mate XT” üçün ilkin sifarişlərin sayı artıq 3,6 milyonu ötüb. Smartfonun rəsmi satışları sentyabrın 20-də başlayacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki