“Hündürdaban ayaqqabıda və uzun saçda qızım məni bəyənmir” – Aygün Bəylər

image-aygunbackend

“Toylara gedirdim, nağara ifa etməkdən əllərim suluq olurdu. Evə gələn kimi kompres edirdim. Əziyyət çəkib 100 manat qazanırdım, oxuyanda isə əllərim ağrımadan 1000 manat qazandım”.

Busaat.az  xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Bəylər “Söhbət musiqidən gedir” proqramının qonağı olarkən deyib.

Geyim tərzindən danışan ifaçı qızı Cananın onu hündürdaban ayaqqabıda və uzun saçda bəyənmədiyini bildirib: “Ayağım avtomobil qəzasında zədə aldığına görə hündürdabanda gəzə bilmirəm. Bəzən saç düzümü edirəm, evə gəlib açanda qızım gülür. Deyir ki, sənə yaraşmır. Uşaq olanda deyirdi, bu nə papaqdı qoyursan?! Ona görə saçımı açırdım ki, başqa sual verməsin. Qızım özü də ətək geyinmir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90