I Liqa klubu Qara Qarayevə təklif göndərib

image-img_5684backend

Başa çatan mövsümün yekunlarına görə, I Liqaya vəsiqə qazanan “Şəfa” daha bir diqqətçəkən transferə hazırlaşır.
Busaat.az Sport24.az-a istinadən xəbər verir ki, paytaxt klubu millinin sabiq üzvünü “rənglərinə bağlamaq” istəyir.

Redaksiyamıza daxil olan məlumata əsasən, I Liqanın debütantı Qara Qarayevə təklif göndərib. Klub rəhbərliyi 32 yaşlı futbolçuya aylıq 8 min manat maaş verməyə razıdır.

Qeyd edək ki, Qaranın “Araz-Naxçıvan”la müqaviləsi iyunda başa çatır. O, 2024/25 “futbol ili”ndə Naxçıvan klubunun heyətində ümumilikdə 24 oyuna çıxıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki