Əsəd Məmmədov 30 ildən sonra Ağstafada dəfn olunub.
Busaat.az “Report”un Qərb bürosuna istinadən xəbər verir ki, Şəhid Eynallı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Mərasimdə şəhidin yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Kürdmahmudlu kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşmüş və bir müddət əvvəl qalıqları aşkarlanan şəhid Məmmədov Əsəd Məmməd oğlunun nəşi Ağstafa rayon Eynallı kəndinə gətirilib.
“Report”un Qərb bürosunun məlumatına görə, şəhidin yaxınlarının yaşadığı kənddə vida mərasimi olacaq.
Mərasimdə Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri və sakinlər iştirak edir.
Vida mərasimi başa çatdıqdan sonra şəhidimiz Eynallı kənd qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Məmmədov Əsəd Məmməd oğlu 1966-cı il Ağstafa rayon Eynallı kəndində anadan olub. O, 1993-cü ilin avqust ayında Füzuli rayonunun Kürdmahmudlu kəndində gedən döyüşlər zamanı itkin düşüb. Vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilərdə kütləvi məzarlıqlarda aşkarlanan meyitin qalıqlarından birinin ona məxsus olduğu müəyyən edilib.