Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft92.36 $▼0.09%
  • WTI neft86.14 $▼0.58%
  • Avropa qazı (TTF)87.22 €▲2.67%
  • Təbii qaz (ABŞ)3.254 $▼1.12%
  • Qızıl3 988 $▼1.62%
  • Gümüş51.49 $▼1.96%
  • Pambıq82.35 ¢▲5.21%
  • Buğda600.75 ¢▲1.14%
  • Bitcoin74 095 $▼0.34%
  • Ethereum2 062 $▼0.46%
  • S&P 5007 619▲1.29%
8°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Dünya

İçində insan qalıqları olan təyyarə tapıldı

image-cessna-172-d-efuk-g1000-bagolu-classic-346317-1683053159-q4jtj
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İnsan qalıqları olan təyyarə qəzadan bir il sonra Şotlandiya sahillərində tapılıb.

Busaat.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Məlumata görə, balıqçılar Şimal dənizində Lervik şəhəri yaxınlığında yüngül mühərrikli “Cessna 172” aşkar edərək onu sahilə çıxarıblar.

İçərisində insan qalıqlarının da olduğu dağıntılar ekspertizaya göndərilib.

Qeyd edilib ki, Almaniya qeydiyyatında olan təyyarə 2023-cü il sentyabrın 30-da Hamburqdan havaya qalxdıqdan sonra itib. Pilot Almaniyanın Bayreuth şəhərində qohumlarını ziyarət etmək üçün təyyarəni icarəyə götürüb.

“Həmin şəxs təcrübəli aviator olsa da, naməlum səbəbdən uçuş planını təqdim etməyib, planlaşdırılan marşrutdan kənara çıxıb və hava hərəkətinin idarə olunması ilə radio ilə əlaqə saxlamayıb. Təyyarə Şimal dənizinə düşməzdən əvvəl 6 saat 19 dəqiqə havada olub”,- deyə məlumatda bildirilib.

İlkin olaraq axtarışlar heç bir nəticə vermədiyi üçün təyyarə və pilot bir ildən çox itkin düşmüş hesab edilib. “Cessna”nın yanacağı bitmiş ola biləcəyi güman edilir, lakin müstəntiqlər qəzanın əsl səbəbini hələ müəyyənləşdirə bilməyiblər.

 

Zeyd Bağırzadə

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=155305