İclas başladı, De Byazi küsüb getdi – YENİLƏNİR

image-canni_de_byazi_1599510163__1_backend

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Busaat.az xəbər verir ki, saat 10-da başlayacaq toplantıda Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin millidəki taleyi ilə bağlı qərar veriləcək.

Qeyd edək ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan millisinin baş məşqçisidir. Yığma onun rəhbərliyi atında son oyununda Avro-2024-ün seçmə mərhələsində səfərdə Belçikaya 0:5 hesabı ilə uduzub.

***

Hazırda AFFA İcraiyyə Komitəsinin iclası başlayıb.

İclasda Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin taleyinə aydınlıq gələcək.

İK-nın iclasında Elxan Məmmədov və Mahir Məmmədov, Fərid Mansurov və Elmar Məmmədyarov iştirak etmir.

İclas başlayandan 10 dəqiqə sonra De Byazi AFFA-nın inzibati binasından çıxıb. O, arxa qapıdan çıxaraq federasiyanın binasını tərk edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki