İcra başçısından tanınmış jurnalistə qarşı hörmətsizlik – “Ayə Sahib, gəl bu kişini yola sal”

image-tovuz44backend

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov tanınmış jurnalist, “matc.az” saytının təsisçisi və baş redaktoru İxtiyar Əsgərova qarşı hörmətsizlik edib.

 

Busaat/az x’b’r verir ki, bu barədə jurnalistin özü feysbuk hesabında məlumat paylaşıb.

 

““Turan” klubunun Premyer Liqada iştirakı ilə bağlı iyulun 7-də Futbolun İnkişaf Fondu və Tovuz İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə görüş keçirildi. Görüşdə icra hakimiyyəti nümayəndələrinin “Turan”ın Müşahidə Şurasının sədri Oqtay Abdullayevə qarşı etdiyi biabırçı, rüsvayçı davranışı qoyaq bir tərəfə…

 

 

Görüşün ardından icra başçısı Məmməd Məmmədov, idman idarəsinin bütün rayonda “məşhur” olan rəisi Sahib Ələsgərov “Turan”ın bazasına gəlib, klub rəsmiləri ilə müzakirələr apardı. Görüşdə “Turan”ın sabiq prezidenti Vidadi Əhmədov, sabiq icraçı-direktoru Yaşar Sultanov, hazırkı icraçı-direktor Nadir Nəbiyev, baş məşqçi Ayxan Abbasov da iştirak edirdi.

 

Görüş başa çatandan sonra Məmməd Məmmədova yaxınlaşdım. Məmməd müəllimlə xoşagəlməz dialoquma adını sadaladığım şəxslər də şahid oldu.

 

– Salam Məmməd müəllim, mətbuatdan, matc.az saytının əməkdaşıyam. Vaxtınız varsa, sizə 2 sualım olacaq…

 

Deyəsən, müraciətim Məmməd müəllimin xoşuna gəlmir. Səsinin tonunu qaldırır.

 

– Nə lazımdır? Nə istəyirsən? Sualın nəylə bağlıdır?

 

– Təbii ki, futbolla, “Turan”la bağlı. Başqa nə sual olasıdı ki?

 

Məmmədov  “tutulur”. “Turan” haqda vikipediyadan nəsə copy-paste edib, rayon ictimaiyyəti qarşında çıxış etməklə deyil ki? Adamın futbol biliyi plintusun altındadı. Vəziyyətdən çıxış yolu kimi, Sahib Ələsgərova qışqırır.

 

– Ayə Sahib, gəl bu kişini yola sal.

 

– Məmməd müəllim, ağlınız başqa kişilərə getməsin. Mən siz fikirləşdiyiniz kişilərdən deyiləm. Vaxtınız, imkanınız varsa, suallarıma cavab verərdiz, yoxdusa, işiniz avand olsun.

 

– Niyə belə aqressivsən?

 

– Məmməd müəllim, kiminsə məni yola salmasına ehtiyac yoxdu. Mən yolumu tanıyıram, bilirəm. Sahib Ələsgərovun məni yola salmasına ehtiyac yoxdu.

 

Bax beləcə. İndiyədək qarşısındakı insana istənilən formada, istənilən tonda cavab verən, istədiyi kimi “yola salan” bizim Məmməd bəy cavabımdan şoka düşdü.

 

Araya Nadir Nəbiyev girir. “Məmməd müəllim, İxtiyar başqa jurnalistlər kimi deyil”. Ardından Yaşar Sultanov söhbətə müdaxilə edəndən sonra “icrabaşı” səhvini anlayır.

 

Dediyim odu ki, bu adamlar media nümayəndəsini normal dinləyə, sualını cavablaya bilmirsə, vay “Turan”ın da, o klubun formasını geyinən futbolçuların da halına…

 

P.S. Bəlkə də yanılıram, amma mənə elə gəlir ki, icra başçısı olmaq üçün təhsilə – zada ehtiyac yoxdur”, – İ Əsgərov qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90