İcra başçısının işdən çıxardığı müdir danışdı: “...ədalət tərəzisi əyilib”

image-1669897717_1669896879_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpgbackend

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev qurumun hüquq şöbəsinin müdiri Əliyev Qənimət Eldar oğlu və Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Niftəliyev Bayram Qiyas oğlunu işğaldan azad edilmiş ərazilərə müvafiq icazə olmadan qanunsuz keçdiyi üçün vəzifələrindən azad edib.

Qaynarinfo-nun məlumatına görə, vəzifəsindən azad edilən Bayram Niftəliyev işdən çıxmasının səbəbəni isə belə izah edib:

“Bildiyiniz kimi bir müddət əvvəl Füzuli rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsindən ayrılmışam. Saytlarda yazılana görə, işğaldan azad olunmuş ərazilərə müvafiq icazə olmadan, qanunsuz səfər etdiyimə görə işdən çıxarılmışam. Ancaq həqiqət isə tamam başqadır. Məni tanıyanlar bilirlər ki, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz tərəfindən işğal altında olan torpaqlarımız işğaldan azad edildikdən sonra mütəmadi olaraq işğaldan azad edilmiş Füzuli rayonuna səfərlər etmişəm. Füzuli rayonuna səfər etmiş yüksək rütbəli dövlət və hökumət nümayəndələrini, beynəlxalq təşkilatların rəsmilərini, yerli və xarici kütləvi informasiya vasitələrinin əmədaşlarını, bologerləri, QHT rəhbərlərini rayondan olan rəsmi şəxs kimi müşaiyət etmişəm. Həmin səfərlər zamanı 30 ilə yaxın işğal dövründə erməni vandalizminə məruz qalmış mədəniyyət abidələri, dini abidələr, məktəblər, kitabxanalar, infrastruktur obyektləri və.s. barədə danışmışam, yerli və xarici telekanallara bununla bağlı müsahibələr vermişəm (Qətərin məşhur “Əlcəzairə”, Fransanın “Frans24”, Türkiyənin “Anadolu Agentliyi”, TRT və s.). İşğaldan azad olunmuş Füzuli rayonuna rəsmi səviyyədə dəfəllərlə səfərlər etmiş birinin həmin yerlərə qanunsuz, gizli getməsi tamamilə absurddur. Görünür mənimlə bağlı cəza verənin ədalət tərəzisi əyilib”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90