İcra başçısının oğlu Lənkəranda çəltik əkinini inhisara alıb? – İDDİA

image-1705928586_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpgbackend

Lənkəranda fermerlərə çəltik əkməyə icazə verilmir.

Busaat.az xəbər verir ki, Qaynarinfo-ya daxil olan məlumata görə, səbəb Lənkəranın icra başçısı Taleh Qaraşovun oğlu Samir Qaraşovun bu sahəni inhisara alması ilə bağlıdır.

Bildirilir ki, Samir Qaraşovun rəhbəri olduğu “Green East” MMC-nin Girdəni, Göyşaban, Veravul, Ürgə, Hirkan, Xolmili, Şıxəkəran, Siyavar, Separadi və digər yaşayış məntəqələrinə yaxın ərazilərdə çəltik sahələri var. Həmin sahələrdən əldə edilən məhsul “Avanqard”, “Haşimi”, “Okean”, “Besta”, “Meko”, “Qara düyü” adları altında satılır.

İddialara görə, şirkətə məxsus çəltik sahələri 800 hektardan çoxdur.

“Green East” MMC-nin düyü biznesi ilə məşğul olmasından dolayı şirkətə məxsus çəltik sahələrinə yaxın kəndlərdə bu bitikinin əkilməsinə icazə verilmir. Yalnız şirkətin maraqlarını təmin edən fermerlərin bu işlə məşğul olmasına şərait yaradılır.

Məlumat üçün deyək ki, dünyanın ekoloji cəhətdən ən təmiz düyüləri sırasıda yer alan Lənkəran düyüsü “Made in Azerbaijan” brendi altında yerli və xarici bazarlarda satılır.

Apardığımız araşdırmaya görə, “Green East” MMC 7 aprel 2017-ci ildə Bakı şəhəri Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 61-də qeydiyya alınıb. Qaraşov Samir Taleh oğlu isə MMC-nin ilk qanuni təmsilçisi və böyük payçısı olub.

30 sentyabr 2019-cu ildə şirkətin hüquqi ünvanı və təmsilçisi dəyişib. Hazırda şirkət Lənkəran rayonu, Velədi kəndində qeydiyyatdadır. 5 dekabr 2022-ci ildə Samir Qaraşov Zeynalov Teymur Nazim oğlu ilə əvəzlənib.

“Green East” MMC-nin istehsal etdiyi düyü “Veravul”, “Girdəni”, “Green East” və digər markalarla satışa çıxarılır.

Teymur Zeynalov Lənkəranda düyü istehsalı ilə məşğul olan “Cənub Aqro” MMC-nin də qanuni təmsilçisidir. Güman edilir ki, bu şirkət də Qaraşovların nəzarətindədir.

Xatırladaq ki, Samir Qaraşov 2022-ci ilə kimi Fövqəladə Hallar Nazirliyinin (FHN) Nəzarət-Təftiş İdarəsinin rəis müavini vəzifəsində çalışıb. Aydın olur ki, Samir Qaraşov məmur olmasına rəğmən biznes fəaliyyəti ilə mışğul olub. Halbuki, Azərbaycan qanunvericiliyi bunu qadağan edir.

Qaynarinfo bu iddialarla bağlı Lənkəran Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışıb. Lakin qurumdan zənglərimizə cavab verən tapılmayıb.

Qeyd edək ki, Taleh Qaraşov 2012-ci ildən Lənkərana rəhbərlik edir. Onun icra başçısı kimi kareyarsı isə 1996-cı ildən başlayır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90