İCTİMAİ TELEVİZİYA “AZƏRLOTEREYA”DAN 25 MİN UDAN VƏTƏNDAŞIN ŞİKAYƏTİNİ YAYIMLADI – VİDEO

image-tia_4a9deb9c71a44c1a81a8c498e3088b6f_f62vb9a5gshtrop4c3xk-1backend

İctimai Televiziya “Azərlotereya” ASC-nin “Poz, qazan” mərc oyunundan 25 min manat udan vətəndaşın şikayətini işıqlandırıb.

Busaat.az məlumat verir ki, şikayətçi İTV-yə verdiyi müsahibəsində aldadıldığını bildirib. Onun sözlərinə görə, bu il fevralın 19-da paytaxtın Suraxanı rayonu, Günəşli ərazisində “Araz” marketdən lotereya bileti alıb. Vətəndaş qeyd edib ki, bileti pozduqda 25 min manat udduğu məlum olub.

“Satıcı gördü ki, qalib gəlmişəm deyə məni təbrik elədi və ətrafdakılara elan etdi. Onun yanında daha iki nəfər varıydı. Mənə dedi ki, bileti verin, bu haqda rəhbərliyi məlumatlandıraq. Dedi, narahat olmayın, bilet məndədir. Mənim yanımda uşağım varıydı. Bileti ona verəndə, uşağa tərəf baxdım, bu vaxt satıcı sağ əli ilə bileti aşağı atıb siyirməni açdı, mənə qayıtdı ki, siz udmamısınız”.

Vətəndaş məsələ ilə bağlı haqqını tələb edib, sonra polisə şikayət verib: “Bu adam biletimi əlimdən alıb. Kadrlar da var. Biz xəbər tutduq ki, satıcı aparılıb və 32-ci polis bölməsində saxlanılıb. Sonra bir neçə saat keçib və onu sərbəst buraxıblar. Mən görüntüləri təqdim etdim, bizə verilmədi. “Azərlotereya” da öz işçisinin bu hərəkəti ilə bağlı heç bir tədbir görməyib. Ona görə mən vətəndaşlara səslənirəm ki, satıcıya aldanmayın, bileti özünüzdə saxlayın”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90