”İğtişaşları dayandırmağın yeganə yolu gücdür”- Tramp

”İğtişaşları dayandırmağın yeganə yolu gücdür”- Trampbackend

“ABŞ-ın Demokratlar tərəfindən idarə olunan və cinayətkarlığın pik həddə olduğu şəhərlərdə iğtişaşları dayandırmağın yeganə yolu gücdür”.

Busaat.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.

Bundan əvvəl də Tramp Portlanddakı iğtişaşlar fonunda nümayişləri yatırmaq üçün şəhər meri Ted Uilerə Milli Qvardiyanı şəhərə çıxarmağa tapşırmışdı.

Qeyd edək ki, Minneapolisdə afroamerikalı Corc Floyd sui-qəsdindən sonra başlayan etirazlar üçüncü aydır ki, Portlandda səngimək bilmir. Polis zaman-zaman baş verənləri qiyam olaraq elan edir və həbslər həyata keçirir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90