Qlobal smartfon bazarı iki ildən artıq davam edən tənəzzüldən sonra oktyabr ayında yenidən böyüməyə başlayıb.
Busaat.az bu barədə Counterpoint Research-in məlumatlarına istinadən xəbər verir.
Bildirilir ki, buna inkişaf etməkdə olan bazarlardakı bərpa kömək edib.
Məlumata görə, qlobal aylıq smartfon satışının həcmi 5 faiz artaraq, 2021-ci ilin iyun ayından bu yana rekord həddə çatıb.