Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft95.90 $▲0.28%
  • WTI neft88.54 $▲0.33%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.272 $▼1.80%
  • Qızıl3 900 $▼0.43%
  • Gümüş50.01 $▼0.48%
  • Pambıq82.41 ¢▲4.93%
  • Buğda594.50 ¢▲0.55%
  • Bitcoin68 989 $▼3.34%
  • Ethereum1 938 $▼3.94%
  • S&P 5007 592▼0.33%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

İki şirkətlə bağlı cinayət işi başlandı

image-bas-prokurorluq-yeni
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olmuş vətəndaşların ərizələri, kütləvi informasiya vasitələri və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Yevlax və Xaçmaz, habelə paytaxtın Nəsimi rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Busaat.az-a verilən məlumata görə, araşdırmalarla Nəsimi rayonunda “Şərq İnşaat” MTK-nın icrasinə verilmiş olduğu ərazidə, Bakı-Qazax magistral avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində “Lalə tekstil” MMC-yə məxsus tikilinin qarşısında meşə fonduna daxil olmayan, Xaçmaz rayonunun ərazisində yerləşən Xaçmaz meşəbəyliyinin 1 və 6 saylı dolaylarında isə meşə fonduna daxil olan ağac və kolların qanunsuz kəsilməsi, həmin ərazinin qanunsuz şumlanması və əkilməsi faktları aşkar edilib.

Müəyyən edilib ki, qanunsuz əməllər nəticəsində ümumilikdə 42 min manatdan çox məbləğdə ziyan dəyib.

Fakt üzrə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=84369