
İlham Əliyev: İndoneziya ilə münasibətlərin inkişafına böyük əhəmiyyət veririk
Azərbaycan İndoneziya ilə münasibətlərinin hərtərəfli inkişafına böyük əhəmiyyət verir.
Busaat.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin İndoneziya Prezidenti Coko Vidodoya ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb:
“İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-İndoneziya əlaqələri, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə birgə fəaliyyətimiz, o cümlədən Bakıda təşkil ediləcək COP29 çərçivəsində əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir”, – dövlət başçısının məktubunda qeyd edilib.























