Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 219 $▼1.47%
  • Ethereum1 906 $▼1.10%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

İlham Əliyev Qazaxıstana rəsmi səfərə dəvət olunub

image-16690374181936160327_1000x669
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanın Prezidenti İlham Əliyev noyabrın 21-də Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, İlham Əliyev Kasım-Jomart Tokayevi prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edib, ona Qazaxıstanın inkişafı və firavanlığı naminə prezidentlik fəaliyyətində, o cümlədən aparılan islahatların həyata keçirilməsi işində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Kasım-Jomart Tokayev göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Söhbət zamanı Qazaxıstan Prezidentinin ölkəmizə son rəsmi səfəri çərçivəsində, eləcə də oktyabr ayında Astanada dövlət başçıları arasında keçirilmiş görüşlər məmnunluqla xatırlanıb, həmin görüşlərdə əldə edilmiş razılıqların uğurla icra edildiyi qeyd olunub.

Kasım-Jomart Tokayev Azərbaycan Prezidentini ölkəsinə rəsmi səfərə dəvət edib.

Dəvət məmnunluqla qəbul olunub.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə edib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=91262