Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 834 $▼3.50%
  • Ethereum1 838 $▼4.63%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

“İlkin əlamətlər göstərir ki, Azərbaycan yeni hərbi təxribat planlaşdırır” – Paşinyan

image-pasinyann
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bütün ilkin əlamətlər Azərbaycanın yeni hərbi təxribat planlaşdırdığını göstərir.

Busaat.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında deyib.

“Biz Azərbaycanın Qarabağ da daxil olmaqla yeni hərbi təxribat hazırladığını iddia edə bilərik. Bunun üçün bütün ilkin əlamətlərimiz var və vəziyyətin inkişafı Rusiya sülhməramlı kontingentinin Qarabağdakı fəaliyyəti ilə bağlı təcili cavab tələb edən suallar doğurur” – deyə, Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, Ermənistan Rusiya sülhməramlı kontingentinin Qarabağda mövcudluğunun tərəfdarıdır, bununla belə, Rusiya sülhməramlılarının getdikcə daha çox gözə çarpan davranışı ermənilərin “məcburi köçünün” səssiz şahidinə çevrilir:

“İstənilən halda biz bu məsələlər üzərində Rusiya və digər beynəlxalq tərəfdaşlarla yaxından işləməliyik ki, problemlər daha da gərginləşməsin və hərtərəfli həllə nail olunsun. Mən, həmçinin, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaq, sərhədlərin delimitasiyasını başa çatdırmaq və regional əlaqələri açmaq əzmini və hazırlığını bir daha qeyd etməliyəm”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=95621