Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 405 $▲2.02%
  • Ethereum1 829 $▲3.44%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

İlkin Rüstəmzadə Bəxtiyar Hacıyevə müraciət etdi: “Yüzlərlə qız hədəfdədir, oyun bitdi, uduzdun”

image-ilkin77
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İctimai fəal və keçmiş məhbus İlkin Rüstəmzadə Bəxtiyar Hacıyevi aclıq aksiyasını dayandırmağa çağırıb.

Busaat.az xəbər verir ki, bununla bağlı İlkin Rüstəmzadə Bəxtiyar Hacıyevin vəkillərinə və onu müdafiə edənlərə müraciət edib.

Müraciətdə qeyd olunur: “Bəxtiyardan aclıq aksiyasını dayandırmağı artıq, xahiş yox, tələb etmək lazımdır.

Vəkilləri görüşürlər, həqiqəti demirlər. Demirlər, şəkillərin yayılıb. Demirlər ki, cəmiyyət səni söyür.

Demirlər ki, şəxsi qrupdakı yazışmalarınız yayılıb, cəmiyyət hamımıza, bütün aktivist çevrəsinə murdar insanlar kimi baxır, artıq.

Bəxtiyar, aclığı dayandır. Artıq, səni müdafiə edə bilmirik. Ağzımızı açan kimi, söyürlər. Haqsız da deyillər.

Bəxtiyar, dayandır aclığı. Game Over. Oyun bitdi. Uduzdun.

Yüzlərlə qız hədəfdədir. Hamısının şəkillərini yayacaqlar, dayanmasan. Artıq bir neçəsi intihar həddindədir.

Mənə kimsə zərrə qədər də irad bildirməsin. Bəxtiyarın ən yaxın çevrəsinin belə etmədiklərini etdim bu müddətdə.

Aksiya oldu, çıxdım. Hamıdan çox yazdım. Bəxtiyarın kampaniyasını sponsorlu paylaşmaq üçün yığdığımız pul bitdi, pul toplamaq cəhdlərim alınmadı, telefonumu satdım, kampaniyanı davam etdirdim.

Amma, artıq bəsdir. Bu qədər. Dayandır aclığı. Daha çox insan zərər görməsin”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=102137