İlkin səhiyyə yardımları çərçivəsində skrininq proqramları tətbiq olunacaq

image-5backend
image-ad_qayo_720x110px

İlkin Səhiyyə xidməti ilə bağlı yeni qayda təsdiq ediləndən sonra ailə həkimləri, ilkin səhiyyə xidmətində çalışan həkimlər, tibb personalı öz fəaliyyətini tənzimləyə biləcək.

busaat.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə Səhiyyə Nazirliyinin Tibb müəssisələrinin Akkreditasiyası və keyfiyyətə nəzarət Mərkəzi PHŞ-ın İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Şərafət İsmayılova deyib.

Şərafət İsmayılova bildirib ki, Azərbaycanda sığortaolunanların ilkin tibbi səhiyyə xidmətlərinə təhkim olunma qaydası Nazirlər Kabineti tərəfindən qəbul edilib: “Amma bu qayda bir az təkmilləşdirilməlidir və əhalinin yaş qrupları nəzərə alınmalıdır. Elə ərazi var ki, orada 2000 əhali var və yaşları 65-dən çox olanların sayı üstünlük təşkil edir. Həmin yaş qrupunun ilkin səhiyyə xidməti ehtiyacı daha çoxdur. Buna görə də qaydada bu məsələ nəzərə alınmalıdır. Digər məqam isə coğrafi relyefin nəzərə alınması ilə bağlıdır. Elə ərazi var ki, orada əhali sayı azdır, amma əlçatanlığın təmini üçün həmin ərazidə heç olmasa tibb məntəqəsi qurulmalıdır. İlkin səhiyyə yardımları çərçivəsində xidmətlər paketi var, amma yeni qaydada skrininq proqramlarını da daxil etməyi nəzərdə tuturuq. Yeni qaydada xüsusi diqqəti ana və uşaq sağlamlığına ayırmışıq. Bu ölkə üçün də prioritet sahədir. Ana və uşaq sağlamlığını həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri müəyyən edilib. Əsas hədəf erkən dövrlərdə qadınlarda və uşaqlarda ola biləcək patoloji halları müəyyən edib qarşısını almaqdır. Digər istiqamət onkoloji xəstəliklərin erkən aşkarlanmasıdır. Buna görə də skrininq proqramlarının yeni qaydada tətbiqi nəzərdə tutulacaq”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki