Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft93.59 $▼4.83%
  • WTI neft87.63 $▼4.03%
  • Avropa qazı (TTF)82.33 €▼3.81%
  • Təbii qaz (ABŞ)3.197 $▲5.76%
  • Qızıl4 115 $▼0.44%
  • Gümüş52.82 $▼0.56%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda589.00 ¢▼0.42%
  • Bitcoin74 574 $▼0.20%
  • Ethereum2 125 $▼0.02%
  • S&P 5007 556▲2.45%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Gündəm

İlqar Abbasov Penitensiar Xidmətə rəis gətirilir

image-thumb600x0
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İlqar Abbasov Penitensiar Xidmətə rəis gətirilir

Bu barədə jurnalist Samir Feyruzov özünün sosial şəbəkə hesabında məlumat yayıb.

S.Feyruzovun statusunu olduğu kimi təqdim edirik:

“Bildiyiniz kimi, Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə İlqar Abbasov Bakı Şəhər prokuroru vəzifəsindən azad edildi.

İndicə əldə etdiyim məlumata görə, İlqar Abbasov Penitensiar Xidmətin rəisi vəzifəsinə gətiriləcək.

2016-cı ildən Penitensiar Xidmətin rəisi vəzifəsində işləyən ədliyyə general-leytenantı Ceyhun Həsənov isə tutduğu vəzifədən azad ediləcək.

İ.Abbasovun Penitensiar Xidmətin rəisi vəzifəsinə təyinatı ölkənin oliqarx-məmurlarından birinin ciddi dəstəyi ilə həyata keçirilir. Onun Bakı şəhər prokuroru vəzifəsinə təyinatının gerçəkləşməsində də həmin məmurun müstəsna rolu olmuşdu.

Qeyd edim ki, İ.Abbasov 2017-ci il aprel ayının 26-da keçmiş Baş prokuror Zakir Qaralovun əmri ilə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Bakı şəhər prokuroru vəzifəsinə təyin edilmişdi.

Xüsusi qeyd: İ.Abbasova 2014-cü ildə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi (ədliyyə general-mayoru) verilib”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=76287