Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft94.90 $▼3.50%
  • WTI neft88.12 $▼3.49%
  • Avropa qazı (TTF)83.81 €▼2.08%
  • Təbii qaz (ABŞ)3.007 $▼0.53%
  • Qızıl4 119 $▼0.36%
  • Gümüş52.78 $▼0.63%
  • Pambıq79.72 ¢▲1.75%
  • Buğda589.25 ¢▼0.38%
  • Bitcoin74 429 $▼0.40%
  • Ethereum2 117 $▼0.38%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Son dəqiqə

İmtahan nəticələrinin yaratdığı NARAZILIQ - Sual kitabçaları abituriyentlərə verilsin - ETİRAZ / VİDEO

image-azedu-az_sual_80-700x403
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu il 11-ci siniflər üçün buraxılış imtahanları martın əvvəlində keçirildi. Əvvəlki illərdə bu imtahanlar, əsasən, aprelin sonları və may aylarında təşkil olunurdu. Bu il imtahanların daha erkən keçirilməsi və bunun gec- yanvarda elan olunması abituriyentlərin hazırlıq prosesinə mənfi təsir göstərdi. Mart ayında keçirilən imtahanda təqribən 90 min şəxs imtahan verib.

Space TV-nin efirində yayımlanan “Yeni reallıq” verilişində təhsil eksperti Kamran Əsədov imtahanların nəticələri ilə bağlı abituriyentlərin narazılıqlarına haqq qazandırıb. “İştirakçılardan yalnız iki nəfər maksimum bal toplayıb. Bu isə yüksək nəticə hesab edilə bilməz.

Təkcə 5 və 6 martda keçirilən buraxılış imtahanlarında 50 minə yaxın şagird iştirak edib ki, onlardan təxminən 6 mini imtahan nəticələrindən narazı olduqlarını bildirərək, apelyasiya şikayəti veriblər. Bu çox ciddi göstəricidir”. Təhsil eksperti, həmçinin imtahan nəticələrinin gec açıqlanmasına da etiraz edib:

“Buraxılış imtahanlarının cavabları bir aydan sonra açıqlanıb. 2022-ci ildə imtahanın cavabının bir aya açıqlanması absurddur. İmtahan bitdikdən sonra sual kitabçası abituriyentə verilmir. Fikrimcə, Dövlət İmtahan Mərkəzi bununla problemlərdən yayınmaq istəyir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=75473