
İnam Kərimov kollektivə təqdim edildi
Ötən gün Ali Məhkəməyə sədr təyin olunan İnam Kərimov kollektivə təqdim edilib.
“Qafqazinfo”nun məlumatına görə, təqdimatda bir sıra yüksək vəzifəli şəxslər iştirak edib.
İ. Kərimov Ali Məhkəmənin hakim kollektivi və digər məsul əməkdaşlara təqdim edilərək fəaliyyətində uğurlar arzulanıb. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri diqqətə çatdırılıb.
Qeyd edək ki, İ. Kərimov dünən Prezidentin Sərəncamı ilə kənd təsərrüfatı naziri vəzifəsindən azad olunaraq Ali Məhkəmənin sədri təyin edilib.























