
İnfantino yenidən FİFA prezidenti seçilib
Canni İnfantino yenidən FİFA-nın prezidenti seçilib.
Busaat.az xəbər verir ki, Ruandada FİFA-nın 73-cü Konqresində prezident seçkiləri keçirilib.
Seçkilərdə yeganə namizəd olan 52 yaşlı İnfantino 2027-ci ilə qədər kürsüdə oturacaq.
Seçkidən sonra qısa təşəkkür nitqində İnfantino, deyib: “FIFA prezidenti olmaq inanılmaz şərəf, imtiyaz və məsuliyyətdir. Sizin dəstəyiniz məni qürurlandırdı və təsirləndirdi. Mən hamınızı sevirəm”.
Busaat.az























