Fələstin Həmrəylik Kampaniyası qrupunun çağırışı ilə İngiltərənin cənubundakı Brayton şəhərində toplaşan xalq Fələstinə dəstək nümayiş etdirib.
Busaat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Fələstin Həmrəyliyi Kampaniyası qrupunun çağırışı ilə şəhərin tarixi saat qülləsi qarşısına toplaşan insanlar Fələstinə dəstək şüarları və İsrailin fələstinlilərə qarşı tətbiq etdiyi hərəkətlərə etiraz şüarları səsləndiriblər.
Adını açıqlamaq istəməyən fələstinli qadın meydanda toplaşan fəallara müraciətində eşitmək imkanı olmayan fələstinlilər adından danışdığını bildirib.
O, 1948-ci ildə ailəsinin Fələstindən İordaniya və Livana köç etməli olduğunu, sağ ikən Fələstinin azadlığını görmək istədiyini qeyd edib.