İngiltərə millisinin baş məşqçi postuna namizədlərin siyahısı

image-121backend

İngiltərə millisinin baş məşqçi postuna namizədlərin siyahısı açıqlanıb.

Busaat.az yerli KİV-ə istinadən xəbər verir ki, siyahıda 5 mütəxəssis yer alıb.

“Çelsi”nin keçmiş baş məşqçisi Qrem Potter favorit hesab olunur. İkinci yerdə “Nyukasl”ın çalışdırıcısı Eddi Hau, üçüncü pillədə isə İngiltərənin U-21 yığmasına rəhbərlik edən Li Karsli qərarlaşıb. Tanınmış mütəxəssislərdən almaniyalı Tomas Tuxel və argentinalı Mauritsio Poçettino da bu postu tutmağa namizəddirlər.

Qeyd edək ki, Qaret Sautqeyt iyulun 16-da istefa verəndən sonra İngiltərə yığmasının baş məşqçi postu boş qalıb. Komanda onun rəhbərliyi altında AVRO-2024-ün finalında İspaniya yığmasına 1:2 hesabı ilə məğlub olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki