İngiltərədə müəllimlər, dövlət qulluqçuları, dəmir yolu və avtobus işçiləri, universitet işçiləri tətilə çıxıblar. Ölkədə 500 minə yaxın insan işini tərk edib.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərədəki bir çox həmkarlar ittifaqı tarixlərində ilk dəfə birlikdə tətil etmək qərarına gəliblər.
Həmkarlar ittifaqlarının tətil hərəkatlarını birləşdirmək qərarı ilə son 10 ilin ən böyük və əhatəli tətilinin keçirildiyi bildirilir.
Ölkədə xüsusilə keçən ilin yaz aylarından bu yana on minlərlə işçi maaş artımlarının yaşayış minimumunun gerisində qaldığı səbəbiylə tətillərə qatılıb.
BBC Türkcədə yer alan xəbərə görə, İngiltərədə inflyasiya keçən il artaraq noyabr ayında yüzdə 11 ilə son 40 ilin ən yüksək səviyyəsinə çatıb.
Tətillərin ən mühüm səbəblərindən biri maaş artımı təkliflərinin bu böyük qiymət artımından geri qalmasıdır.