Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.80 $▼0.86%
  • WTI neft91.14 $▼0.34%
  • Avropa qazı (TTF)87.41 €▼2.49%
  • Təbii qaz (ABŞ)3.004 $▲1.62%
  • Qızıl4 058 $▲0.11%
  • Gümüş51.88 $▲0.65%
  • Pambıq78.34 ¢▼0.01%
  • Buğda588.00 ¢▼1.22%
  • Bitcoin75 788 $▼0.23%
  • Ethereum2 234 $▼0.03%
  • S&P 5007 354▼4.36%
13°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Son dəqiqə

İNSANLIĞIN BƏLASI QUMAR: “Topaz, Misli, Azərlotoreya hiyləgər maddiyatı təbliğ edir”

image-azerlottery_optimal
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Belə halların qarşısı həm din, həm siyasi vasitəçiliklə alınmalıdır”.

Bunu müasir qumar sayılan mərc oyunlarının cəmiyyətə vurduğu ziyandan danışan sosioloq Əhməd Qəşəmoğlu Busaat.az-a açıqlamasında deyib.

image-1640666185_unnamed

O bildirib ki, qumar dini cəhətdən belə insanlığa ziddir: “Qumar xarakterli oyunların cəmiyyətimizdə yayılmasının əlehinəyəm. Qumar oynayanlar dinimizlə bağlı az bir araşdırma etsə nə qədər günah işlədiklərini dərk edəcək. Müdrik insanlar, müqəddəs kitablar, peyğəmbərlər hamısı cəmiyyəti mənəvi dəyərlərə üstünlük verməyə dəvət edir. Maddi dəyərlər artan yerdə gərginlik qaçınılmazdır. Cəmiyyətimizin mənəvi dəyərləri üstün tutmasına çalışmalıyıq. Ancaq Topaz, Misli, Azərlotoreya kimi mərc oyunları cəmiyyətdə hiyləgər maddiyatı təbliğ edir. Halal yolla əziyyət çəkərək qazanılan qazanc az olsa belə fırıldaqdan bərəkətlidir”.

Mərc oyunlarının cəmiyyətə mənfi təsirlərinə toxunan sosioloq bu kimi hallara qarşı atılması lazım olan addımlara toxunub: “Mərc oyunlarının təməli kələk gəlmək üzərinə qurulub. İnsanlar şirnikləşdirilərək bəlalara çəkilir. İnsanın mənəvi zənginliyinə ziyan verən hər şeydən qaçmaq lazımdır. Mövcud vəziyyətlə bağlı yalnız əhalini günahlandırmaq olmaz. Günah qumar şəbəkəsinin yayılmasına icazə verənlərdədir. Mərc oyunlarının cəmiyyətimizi pozmasına imkan verməməliyik. Mühafizə orqanları məsələ ilə bağlı araşdırma etməlidir. Belə halların qarşısı həm din, həm siyasi vasitəçiliklə alınmalıdır”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=95670