“İnter”in yeni baş məşqçisi açıqlandı

image-img_6206backend

Simone İnzaqi ilə yollarını ayıran “İnter”in yeni baş məşqçisi müəyyənləşib.

Busaat.az  “Sky Sports” nəşrinə istinadən xəbər verir ki, klub hazırda “Parma”da çalışan Kristian Kivu ilə anlaşıb.

Rumıniyalı mütəxəssislə 2 illik müqavilə imzalandığı bildirilir.

Qeyd edək ki, Kristian Kivu futbolçu karyerası dövründə 7 il “İnter”də çıxış edib. 44 yaşlı mütəxəssis karyerasını başa vurduqdan sonra Milan təmsilçisinin akademiyasında məşqçi kimi də çalışıb.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki