Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 625 $▼3.81%
  • Ethereum1 838 $▼4.64%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

İntim görüntüləri yayılan FHN polkovnikindən XƏBƏR VAR

image-1671007736_5
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakı Ağır Cinayətlər Məhkəməsində iş otağında intim videoları yayılan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti rəisinin sabiq köməkçisi, polkovnik Zaur Mirzəyevin məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

Sfera.az xəbər verir ki, hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Bundan sonra müdafiəçilər vəsatət qaldırıb.

Zərərçəkmiş şəxs qismində tanınan Aytən Nəsirovanın müdafiəçisi Yaser Abdullayev bildirib ki, yayılan görüntülər ictimailəşdirilib və nəticədə Aytən Nəsirova barəsində mənfi ictimai rəy formalaşıb. Vəkil informasiya kirliliyinin qarşısının alınması məqsədi ilə məhkəmənin mətbuata açıq keçirilməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili isə vəsatət qaldıraraq məhkəmənin mətbuata qapalı formada keçirilməsini tələb edib.

Daha sonra məhkəmə müşavirə otağına yollanıb. Müşavirədən qayıdan hakimlər təqsirləndirilən şəxsin vəkilinin vəsatətini təmin edərək məhkəmənin mətbuata qapalı formada keçirilməsi haqda qərar veriblər.

Məhkəmənin növbəti iclası dekabrın 21-nə təyin olunub.

Xatırladaq ki, Z. Mirzəyev bu il avqustun 17-də saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə – nüfuz alveri) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=94097