İslam İnkişaf Bankının Əlcəzairdə keçirilən ənənəvi illik toplantısı çərçivəsində “Mikro, Kiçik və Orta Sahibkarlıq Subyektlərinin İmkanlarının genişləndirilməsi və Sosial-iqtisadi İnkişafa dəstək” mövzusunda panel müzakirə keçirilib.
Busaat.az APA.az-a istinadən xəbər verir ki, Əlcəzairə ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə rəqəmsal innovasiyaların, xüsusilə də süni intellektin uzunmüddətli perspektivdə qlobal iqtisadiyyatın inkişafına təsir mexanizmlərindən danışılıb.
Rəqəmsal İnnovasiyalar və Süni İntellektin İqtisadi İnkişafa Təsiri
Qeyd olunub ki, bugünkü panel mikro, kiçik və orta sahibkarlıq subyektlərinin imkanlarının genişləndirilməsi üzrə fikir və ideyaların mübadiləsi baxımından önəmli platformadır.
Əlcəzairdə Rəqəmsallaşma Siyasəti və Dövlətin Rolu
Əlcəzairin imkanlar, iqtisadiyyat və mikrosahibkarlıq naziri Noureddine Ouadah bildirib ki, 2020-ci ildə rəhbərlik etdiyi nazirliyin strukturunda İqtisadiyyatın Rəqəmsallaşdırılması Departamenti yaradılıb.
Sahibkarlığın Rəqəmsal Platformalarla Gücləndirilməsi Təşəbbüsləri
Nazirin sözlərinə görə, dünya miqyasında gənclər rəqəmsal platformalara xüsusi maraq göstərdiyi nəzərə alınaraq, ölkələr iqtisadiyyatın rəqəmsallaşdırılması prosesinə son dərəcə diqqətlə yanaşmalıdır.
İndoneziyada fəaliyyət göstərən elektron ticarət platformasının təsisçisi Dayu Dara Permata 5 il müddətində əsrəyə gətirdiyi – layihəsindən bəhs edib.
O söyləyib ki, rəqəmsal platformaların insan həyatını asanlaşdırmağa yönəldiyi bir şəraitdə hökumətlər bu sahəyə investisiya cəlb edilməsində maraqlı olmalıdır.
Əlcəzairin “Al Salam” bankının baş direktoru Hideur Nasser isə son illərdə ölkəsiin bankçılıq sektorunun rəqəmsallaşdırılması istiqamətində görülən işlərdən danışıb.
H. Nasser ölkəsində dövlət xidmətlərinin rəqəmsallaşdırılmasının övlət siyasətinin tərkib hissəsi olduğunu söyləyib:
“Hökumətimiz xidmətlərin rəqəmsallaşdırılması və vətəndaşlarımız üçün əlçatanlığının təmin edilməsi məqsədilə bir sıra layihələrin həyata keçirilməsini təmin edib. Bu gün Əlcəzairdə 20 milyon nəfər internetdən istifadə edir ki, bu da böyük göstəricidir”.
İnkişaf Məqsədləri Uğrunda İslam Həmrəyliyi Fondunun baş direktor əvəzi Adil Əlşərif isə iqtisadi inkişafa əngəl törədən səbəblərdən danışıb.
Mikro və Kiçik Sahibkarlığın Qarşılaşdığı Problemlər və Həll Yolları
Onun qənaətincə, biznesə başlama istəyən şəxslər ilk növbədə biznes plan, strategiya, müqavilələrin idarəolunması və digər sahələrdə bacarıqlara yiyələnməlidir:
“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin qarşısında iri korporasiyaların öz məhsul və xidmətlərini elektron platformalar vasitəsilə təqdim etməsi, habelə bir sıra hökumətlərin mikro, kiçik və orta sahibkarlıqla məşğul olan şirkət və ya fiziki şəxslərə ciddi bürokratik maneələr yaratması ilə bağlı çətinliklər dayanır. Problemlərin qarşısını almaq üçün bu sahənin rəqəmsallaşdırılmasına dəstək göstərilməlidir. İslam İnkişaf Bankı bir qədər əvvəl Fələstinin iqtisadi inkişafına dair proqramın icrasına başlayıb. Əsas məqsəd də bu ölkədə olan kiçik və mikro sahibkarlara dəstəyin göstərilməsidir”.
Panel toplantısı interaktiv şəraitdə davam etdirilib.