İranın dövlət televiziyasında yayımlanan onlayn dərs zamanı orta əsr Azərbaycan şairi Məhəmməd Füzulinin ünvanına ağır ifadələr səsləndirilib.
Busaat.az xəbər verir ki, ədəbiyyat dərsi keçən müəllim iddia edib ki, Füzulinin öz yaradıcılığı olmayıb. O, yazdığı şerləri oğurlayıb:
“Füzuli təxəllüsü ona boş yerə verilməyib. O, Saib Təbrizinin fars dilində yazdığı şerlərini götürərək türkcə divanına öz şeri kimi əlavə edib”.
Müəllimin sözləri İranda yaşayan türklərin böyük etirazı ilə qarşılanıb. Ardınca Dövlət televiziyası üzr istəyib.
Qeyd edək ki, Saib Təbrizi Füzulidən 40 il sonra dünyaya gəlib. Füzuli fars dilində “hər şeyə burnunu soxan” mənasını verir.