Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft90.91 $▼0.57%
  • WTI neft85.29 $▼0.44%
  • Avropa qazı (TTF)82.33 €▼3.81%
  • Təbii qaz (ABŞ)3.231 $▲0.56%
  • Qızıl4 131 $▲0.15%
  • Gümüş53.10 $▼0.27%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda590.50 ¢▲0.30%
  • Bitcoin74 604 $▼0.87%
  • Ethereum2 116 $▼0.77%
  • S&P 5007 550▲2.37%
9°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

İran İsraillə əməkdaşlıq edənləri xəbərdar etdi

image-resizejpg-1750527907
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İranın Ali Milli Təhlükəsizlik Şurası ölkədə İsraillə əməkdaşlıq edənləri sabaha qədər təslim olmağa çağırıb və sabahdan sonra bu şəxslərə qarşı ən ağır cəzaların veriləcəyini açıqlayıb.

Busaat.az xəbər verir ki, bu barədə Ali Milli Təhlükəsizlik Şurasının Baş Katibliyindən verilən yazılı açıqlamada deyilir.

“İsrail tərəfindən aldadılan, bilərəkdən və ya bilməyərəkdən İsraillə hər hansı əlaqə quran şəxslər 1 tir (22 iyun 22) tarixində səlahiyyətli orqanlara məlumat versələr, İslami əfv çərçivəsində cəzadan azad edilə bilərlər”, – açıqlamada bildirilir.

Bəyanatda bu tarixdə təslim olmayanların müharibə şəraitində düşmənlə əməkdaşlıq edən “beşinci kolon” kimi qiymətləndiriləcəyi və bu şəxslərin casusluq və ya hərbi əməkdaşlıq ittihamı ilə ən ağır cəzalara məruz qalacağı deyilir.

Vurğulanıb ki, pilotsuz uçuş aparatları (PUA), rabitə vasitələri, silah və ya hər hansı digər hərbi texnika ilə tutulanlara qarşı dərhal tədbir görüləcək.

Qeyd edək ki, İranın müxtəlif şəhərlərində İsrail casuslarının “mini dron” və partlayıcı maddələr istehsal edib yığdığı sexlər aşkarlanıb. Dövlət televiziyası sexlərə basqınların görüntülərini yayımlayıb. Bəzi şəhərlərdə, xüsusən də Tehranda İsrail üçün işləyən çoxlu sayda casusun yaxalandığı bildirilirdi.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=168753