İran qəzeti prezidenti təhqir etdi: “Cənab Pezeşkian! Siz İranın sahibi deyilsiniz” 

image-1backend
image-ad_qayo_720x110px

Busaat.az xəbər verir ki, İranın ali rəhbəri Əli Xameneyinin ofisinə tabe olan radikal və ultramühafizəkar “Keyhan” qəzeti ötən günlərdə ölkə prezidenti Məsud Pezeşkianın NBC kanalına müsahibəsində İslam Respublikasının ABŞ-la danışıqlar barədə açıqlamasını tənqid edib.
Radikal qəzet Pezeşkianın müsahibədə “İran yeni Tramp administrasiyası ilə danışmağa hazırdır” ifadəsinə reaksiya verərək yazıb: “Cənab Pezeşkian, siz İranın sahibi deyilsiniz! Siz 4 il ərzində sizə əmanət edilən ölkəni idarə edəcək prezidentsiniz və bu əmanətdən istifadə mexanizmi, səlahiyyətlərinizin həddi qanunda aydın şəkildə müəyyən edilib… ABŞ-la danışıqları gündəmə gətirmək sizin səlahiyyətiniz xaricindədir”.
Qəzet İran prezidentinin vəzifəsinin nə olduğuna açşysınlıq gətirərək yazıb: “Qisas almaq hər bir iranlının vəzifəsidir. Pezeşkian da bir iranlı kimi Qasım Süleymaninin qatili ilə danışıqlar aparmamalı, əmri yerinə yetirməlidir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki