İran Suriyanın hava hücumundan müdafiə sistemlərini gücləndirəcək

image-iran-suriye-rusiyabackend

İran tərəfi İsrailin hücumlarının qarşısını almaq üçün Suriyanın hava hücumundan müdafiə sistemlərini gücləndirməli olduqlarını bildirib.

Busaat.az xəbər verir ki, bunu İran Müdafiə Nazirliyinin beynəlxalq məsələlər üzrə müavini Heydər Kalenderi deyib.

İsrailin son günlər Suriyadakı İran hədəflərinə qarşı artan hava hücumları Tehran administrasiyasını Suriyanın hava hücumundan müdafiə sistemlərini gücləndirməyə sövq edib.

İran Müdafiə Nazirliyinin beynəlxalq məsələlər üzrə müavini Heydər Kalenderi İsrailin Suriyaya qarşı artan hava hücumlarından danışıb.

İsrailin Suriyaya hücumlarının qarşısının alınmalı olduğunu deyən Kalenderi qeyd edib: “İsrailin hücumlarının qarşısını almaq üçün Suriyanın hava hücumundan müdafiə sistemlərini gücləndirməliyik. İran bu mövzuda ciddi uğur əldə edib, həm region ölkələrinə, həm də Suriyaya kömək edir”.

“Əvvəllər Suriya özünü İsrailin hücumlarına qarşı qoruya bilmirdi. Ancaq İran və Suriya arasındakı hərbi əməkdaşlıq sayəsində bu gün bu hücumların qarşısını ala bilir”, – Kalenderi əlavə edib.

Busaat.az 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90