İrandan Azərbaycana narkotik keçirmək istədilər – FOTO

image-dsx_uzbackend

Aprelin 4-ü Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə Busaat.az-a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

“Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 16 kiloqram narkotik vasitə marixuana və 1300 ədəd Metadon M-40 psixotrop tərkibli həbləri aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir”, – rəsmi məlumatd bildirilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki