Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft90.60 $▼0.91%
  • WTI neft85.18 $▼0.57%
  • Avropa qazı (TTF)83.00 €▲0.81%
  • Təbii qaz (ABŞ)3.233 $▲0.62%
  • Qızıl4 104 $▼0.51%
  • Gümüş52.49 $▼1.42%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda592.00 ¢▲0.55%
  • Bitcoin74 246 $▼1.34%
  • Ethereum2 099 $▼1.57%
  • S&P 5007 550▲2.37%
10°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

İrandan çıxmaq istəyən azərbaycanlıların sayı məlum oldu

image-10jpg-1750170665
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İsrail və İran arasında yaranmış mövcud qarşıdurma ilə əlaqədar İsrail Dövlətindəki səfirliyimizdə, İran İslam Respublikasındakı səfirliyimizdə, habelə Təbriz şəhərindəki Baş konsulluğumuzda yaradılmış qaynar xətlərə daxil olan müraciətlərə gündəlik əsasda baxılır.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib.

O deyib ki, İranı tərk etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarının, eləcə də digər ölkələrin vətəndaşlarının quru sərhədindən keçidi istiqamətində müvafiq icazələrin alınması üçün tədbirlər davam etdirilir. İsraildə vətəndaşlarımız müvafiq olaraq qonşu Misir və İordaniyaya yönləndirilir.

Ayxan Hacızadənin sözlərinə görə, indiyə qədər İrandakı səfirliyimizə və Baş konsulluğumuza ümumilikdə 500 nəfərə yaxın Azərbaycan vətəndaşının müraciəti daxil olub, onlardan 60 nəfərdən artıq vətəndaşımız sərhədi keçib. Bununla yanaşı, 51 ölkədən 1200-dən artıq müraciət hazırda nəzərdən keçirilir və onların sərhəddən keçidinə müvafiq icazələr təmin olunur.

“İsraildə olan 34 nəfər vətəndaşımızın İordaniyaya keçidi üçün müvafiq tədbirlər görülüb”, – deyə XİN rəsmisi vurğulayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=168340