İrandan kosmosa uğurlu addım

image-kosmosbackend

İran kosmosa ən yeni biokosmos kapsulunu uğurla göndərib.

Busaat.az Mehr-ə istinadən xəbər verir ki, İranın biokosmik kapsulu “Salman” daşıyıcı raketinin köməyi ilə uğurla kosmosa göndərilib.

Kapsul lazımi texnologiyaların işlənib hazırlanması və əldə edilməsi məqsədilə yer səthindən 130 kilometr yüksəklikdə buraxılıb.

500 kiloqramlıq kapsul İran Kosmik Agentliyi tərəfindən onu istehsal edən Elm, Tədqiqat və Texnologiyalar Nazirliyinin Aerokosmik Tədqiqat İnstitutuna sifariş edilib.

“Salman” buraxılış qurğusu İran Müdafiə Nazirliyinin Aerokosmik Sənaye Təşkilatı (AİO) tərəfindən istehsal edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki