Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.11 $▼1.56%
  • WTI neft90.69 $▼0.83%
  • Avropa qazı (TTF)85.85 €▼4.23%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 043 $▼0.27%
  • Gümüş51.54 $▼0.02%
  • Pambıq78.34 ¢▼0.01%
  • Buğda592.75 ¢▼0.42%
  • Bitcoin75 820 $▼0.19%
  • Ethereum2 239 $▲0.20%
  • S&P 5007 424▲0.91%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Analitika

İranın “sağa-sola” ÇIRPINMASI: “Tehran artıq hər tərəfli təkləndiyini anlayır” - ŞƏRH

image-8826a84cf9a4de2dcd9953a783990ab7-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Regionda bu tip təklik İrandakı rejimin süqutuna səbəb ola bilər. Bu səbəbdən İran müxtəlif cəhdlər edərək qeyri-səmimi siyasət həyata keçirir”.

Bunu İranın Rusiya və Türkiyə ilə danışıqlara cəhd etməsini şərh edən politoloq Tural İsmayılov Busaat.az-a açıqlamasında deyib.

image-thumb-1

O, bildirib ki, İranın sağa-sola çırpınması aciz vəziyyətdə qaldığının göstəricisidir: “Ölkə daxilində baş verən ictimai narazılığın kökləri get-gedə daha da dərinləşir. İranda normal siyasi institutlar və islahatlar demək olar ki, mövcud deyil. Belə olan təqdirdə baş verən qarışıqlığın fonunda İranın regional məsələlərdə də rasional mövqeyinin olmadığını hesab edirəm. Ümumiyyətlə İrandakı teokratiya normal siyasi qərarlar almaq iqtidarında deyil. Hər keçən gün İranda baş verən proseslər daha da pisləşir. Artıq aylardır ki, İran xalq etirazlarının qarşısını ala bilmir. Rejimi ayaqda saxlayan dəyərlərin bir çoxu xalq üçün adiləşib. Xalq bu dəyərlərin dəyişdirilməsi üçün etiraz edir. Teokratiyanın özündən uydurduğu bəzi qərarların İslam adı ilə pərdələnməyi müsəlman dünyasında da ciddi etirazlar doğurur”.

Politoloq Azərbaycan-İran münasibətlərinin gələcəyinə də toxunub: “İran artıq hər tərəfli təkləndiyini anlayır. Regionda bu tip təklik İrandakı rejimin süqutuna səbəb ola bilər. Bu səbəbdən İran müxtəlif cəhdlər edərək qeyri-səmimi siyasət həyata keçirir. Azərbaycan İrana qarşı hansısa siyasi qərar qəbul etməyib. İranın tarixən Azərbaycana qarşı olan antipatiyası və Azərbaycan-Türkiyə birliyindən qorxusu Qafanda konsulluq açmağa səbəb oldu. Azərbaycanla münasibətlərin necə olması İranın verəcəyi qərarlardan asılıdır”.

Ələsgər / Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=97329