İranın Türk qorxusu: Gizli niyyətlər ifşa olunur – ANALİZ

image-ilyas-topsakal1backend

Azərbaycanın Qarabağda işğala əsaslanan status-kvonu pozmasından narahat olan İran gizli niyyətlərini üzə çıxaran addımlar atıb. İran Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin yaxınlığında konsulluq açıb. Tehranın illərdir Ermənistanın işğalçılıq siyasətinə gizli dəstəyi bir daha ifşa olunub. Zəngəzur dəhlizinin xüsusilə Türkiyə ilə bağlantısının olması böyük əhəmiyyət kəsb edir. Çünki bu əlaqə həm də İstanbuldan Türküstana uzanan, “Turan dəhlizi” və ya “Turan yolu” kimi tanınan marşrutun yeganə ünvanıdır. Zəngəzurun türk dünyası ölkələri arasında quru yol əlaqəsini təmin etməsi İranın bölgədəki təsirini azaldacaq, eyni zamanda Şərq və Qərb ölkələri üçün müsbət iqtisadi təsir göstərəcək.

Nə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə, nə də azərbaycanlılara qarşı törədilən zülmlərə səs çıxaran İran yenə Ermənistanın yanında durub. İran Azərbaycanı Naxçıvanla birləşdirəcək strateji Zəngəzur dəhlizinin yaxınlığında konsulluq açıb. Sözügedən addım Zəngilan Beynəlxalq Hava Limanının açılışından dərhal sonra atılıb ki, bu da Zəngəzur dəhlizinin reallaşması istiqamətində daha bir mühüm addımdır.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kapan Baş Konsulluğunun açılışında yan-yana dayanıblar. Abdullahiyanın çıxışı İranın illərdir Ermənistanın işğalçılıq siyasətinə gizli dəstək verməsinin sübutu idi. O bildirib ki, konsulluğun açılması İran və Ermənistan arasında münasibətlərin dərinliyini göstərir. İranın xarici işlər naziri əlavə ifadələr də işlədib və “İran Ermənistanın təhlükəsizliyini regionun təhlükəsizliyi kimi görür” deyib. Bu sözləri ilə o, Tehranın hər zaman İrəvanın yanında olduğunu və öz maraqlarını müdafiə etdiyini təsdiqləyib. Bu, İranın Azərbaycanın suveren hüquqlarını heçə sayan yanaşmasını bir daha ortaya qoyub.

İran hökuməti Xarici İşlər Nazirliyinin 2021-ci ilin dekabrında Qafanda  baş konsulluğun açılması təklifini dəstəkləyib. Qafan Ermənistanın cənubunda, İran sərhədinə yaxın ərazidə yerləşir. Yəni Zəngəzur dəhlizini layihələndirilən marşrutun yaxınlığında yerləşir.

Ermənistanın piyadası kimi davranan İranın bu addımı Azərbaycan üçün təəccüblü deyil. Çünki Tehran keçmişdən bəri eyni ikiüzlü siyasətini davam etdirir. Din qardaşlarına edilən zülmə qarşı üç meymunu oynayıb, sözdə tərəfsizliyi irəli sürür. Nə Xocalı Soyqırımı, nə Ermənistan tərəfindən dağıdılan məscidlər, nə də Azərbaycan torpaqlarının işğalı İranı bu günə qədər maraqlandırıb. Bu hadisələr zamanı Tehran administrasiyası ancaq seyr edib. İslami dəyərlərə məhəl qoymayıb. Qısası, İran müsəlmanların qanını tökən Ermənistanla yan-yana dayanıb.

Hikmət Hacıyev: Ermənistan kənar ölkələri bölgəyə gətirməyə çalışır

“Haber Global”a danışan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Ermənistan regiondan kənar ölkələri bölgəyə gətirməyə çalışır” – deyə, bildirib.

“Başqa ölkənin ərazisində diplomatik nümayəndəlik açmaq hər bir ölkənin öz qərarıdır. Amma Azərbaycan sülh tərəfdarıdır. Bildiyiniz kimi, Azərbaycan Ermənistana sülh sazişi təklif edib. Amma vəziyyəti gərginləşdirən Ermənistandır. Regionu işğal edən Ermənistandır. Çünki Azərbaycan torpaqları işğal olunub, məscidlərimiz, İslam mədəniyyətimiz məhv edilib. Məscidlərdə donuz saxlanılıb. İşğaldan əvvəl azad edilmiş torpaqlarda 67 məscidimiz var idi. Onlardan 65-i tamamilə yararsız hala gətirilib. Ermənistan bu bölgəyə regiondan kənar dövlətləri gətirməyə çalışır. Azərbaycan da deyir ki, biz region ölkələri olaraq regionun problemlərini özümüz həll etməliyik. Azərbaycanın sülh təşəbbüsləri masadadır. Azərbaycan Ermənistanla sülh sazişi imzalamaq və regionda sülhə əsaslanan yeni nizam yaratmaq istəyir” –deyə, Hacıyev qeyd edib.

Nəhayət, Əxlaq Polisinə qarşı ümummilli etirazları dayandıra bilməyən Tehran Administrasiyası diqqəti yayındırmaq üçün güc nümayiş etdirməyə çalışır. O, Azərbaycanın sərhəd bölgəsində hərbi təlimlər keçirib. Hacıyev, “Hər bir ölkə öz daxilində təlimlər keçirə bilər, lakin qarşılıqlı etimad mühitində fikir mübadiləsi aparmaq çox vacibdir” – deyə, İranın Azərbaycan sərhədlərində keçirdiyi hərbi təlimləri şərh edib.

Ancaq Tehran Azərbaycan sərhədində həyata keçirdiyi təxribatla da məqsədinə çata bilməyib. Təlim İran Ordusunun vəziyyətini üzə çıxarıb. Müasir hərbi standartlardan xeyli geri qalan texnikadan istifadə edilib.

İranın dini lideri Əli Xamneyi təxminən 3 ay əvvəl ölkənin gizli niyyətlərini üzə çıxaran təkəbbürlü bəyanatla çıxış edərək Zəngəzur dəhlizini tənqid edib və Ermənistanın yanında olduğunu bildirib. Azərbaycanın Qarabağda işğala əsaslanan status-kvonu pozmasından narahat olduğu üçün Cənubi Qafqazda yeni geosiyasi reallığın qarşısını almağa və gecikdirməyə çalışıb.

Mənbə: Star.com

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki