Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft90.68 $▼0.82%
  • WTI neft85.09 $▼0.68%
  • Avropa qazı (TTF)82.30 €▼0.04%
  • Təbii qaz (ABŞ)3.229 $▲0.50%
  • Qızıl4 126 $▲0.03%
  • Gümüş52.92 $▼0.62%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda590.50 ¢▲0.30%
  • Bitcoin74 651 $▼0.81%
  • Ethereum2 110 $▼1.03%
  • S&P 5007 550▲2.37%
9°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

İranın zənginləşdirilmiş uranı itkin – AEBA narahatdır

image-18jpg-1750264703
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) bildirib ki, İsrailin İrana davam edən zərbələri şəraitində İran uran ehtiyatlarının yerini təsdiqləmək mümkün deyil.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, hərbi əməliyyatlar müfəttişləri ölkənin nüvə obyektlərinə girişdən məhrum edib.

Agentliyin məlumatına görə, 409 kiloqram yüksək zənginləşdirilmiş uran AEBA-nın plombu altında İsfahandakı yeraltı obyektdə saxlanılmalı idi. Agentliyin baş direktoru Rafael Qrossi bildirib ki, onların yeri qeyri-müəyyən olaraq qalır. Çünki Tehran onu xəbərdar edib ki, İsrail hücumu olacağı təqdirdə ehtiyatlar köçürülə bilər.

“Müharibə zamanı bütün nüvə obyektləri bağlanır. Heç bir yoxlama və standart fəaliyyət həyata keçirilmir”, – R.Qrossi vurğulayıb.

AEBA peyk görüntüləri vasitəsilə obyektləri izləməyə davam edir və hələlik uranın köçürülməsini qeydə almayıb. O bildirib ki, əgər bu baş versəydi, İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə üzrə öhdəliklərinin ciddi şəkildə pozulması olardı.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=168505