Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft105.09 $▼0.20%
  • WTI neft97.32 $▲0.25%
  • Avropa qazı (TTF)94.86 €▲1.50%
  • Təbii qaz (ABŞ)2.909 $▲0.87%
  • Qızıl3 947 $▲0.37%
  • Gümüş49.74 $▲0.28%
  • Pambıq77.22 ¢▼0.43%
  • Buğda603.00 ¢▼0.37%
  • Bitcoin77 188 $▲0.67%
  • Ethereum2 275 $▲1.13%
  • S&P 5007 541▼0.52%
18°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Cəmiyyət

İraq və Suriyadan 500-dən çox uşaq və qadın Azərbaycana gətirilib

image-xin
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Münaqişə zonalarındakı (İraq və Suriya – red) düşərgələrdə saxlanılan Azərbaycan vətəndaşlarının ölkəmizə repatriasiyası dayanmadan həyata keçirilir.

Busaat.az  xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu istiqamətdə Azərbaycanın 15 dövlət qurumu birgə fəaliyyət göstərir: “Ötən gün Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 1-i qadın olmaqla 6 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib. Bu, kifayət qədər asan olmayan bir prosesdir. Son illər ərzində 500-dən artıq Azərbaycan vətəndaşı olan qadın və uşaq ölkəyə gətirilib”.

C.Bayramov bildirib ki, hələ də orada saxlanılan insanlar var: “Onların sayını deməkdə çətinlik çəkərəm. Ona görə də bu işlər dayanmadan həyata keçirilir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=139704