İrəvan konkret addımlar atmalıdır: Belə getsə, Ermənistan oyundan kənar vəziyyətdə qalacaq

image-ermmmmjpg-1732597469backend

“Zəngəzur dəhlizinin qarşıdakı 4 il ərzində çox güman ki, İran ərazisindən keçəcək hissəsi tikilə bilər”.

Busaat.az xəbər verir ki, bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, hazırda dəhlizin İrandan keçəcək ərazisində tikinti işləri davam etməkdədir. Müsahibimizə görə, bir neçə il ərzində yol infrastrukturlarının qurulması və istifadəyə tam hazır olması ehtimalı yüksəkdir.

Ekspert bildirib ki, Ermənistan İran layihəsi ilə rəqabət aparmaq istəyirsə, qısa vaxt ərzində konkret addımlar atmalıdır:

“Əgər İrəvan hökuməti Bakının tələblərinə uyğun olaraq tez zamanda Zəngəzurdan keçəcək dəhlizin tikintisinə başlayarsa, yaxın dönəmdə dəhlizin Ermənistandan keçib Naxçıvana, oradan da Türkiyəyə getməsi reallaşa bilər. Əks halda dəhlizin İran marşrutu işə salınacaq, yəni üstünlük İrandan keçəcək yola veriləcək. Bununla da Ermənistan oyundan kənar vəziyyətdə qalacaq. Ondan sonra Ermənistan üzərindən marşrutun o qədər əhəmiyyəti olmayacaq və İrəvanla başqa formada danışacaqlar”.

image-ilqar_veli

İlqar Vəlizadə: Ermənistan İran layihəsi ilə rəqabət aparmaq istəyirsə…

İ.Vəlizadənin dediyinə görə, Türkiyə rəsmiləri ara-sıra Ermənistan rəhbərliyinə ismarıclar göndərir ki, hələ gec deyil və İrəvan hökuməti öz mövqeyində köklü surətdə dəyişiklik edə bilər. Yəni bir növ Ermənistandan tələb edilir ki, dəhliz məsələsində konkret addımlar atsın.

Qeyd edək ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu növbəti dəfə Zəngəzur dəhlizindən danışıb. Nazir vurğulayıb ki, Azərbaycan və Türkiyə Çindən başlayaraq Londona qədər gedən çox vacib br dəhlizin parçasıdır. Onun sözlərinə görə, hazırda Bakı-Tiflis-Qars marşrutu olsa da, bununla bağlı müəyyən gecikmələr var: “Mütləq alternativlərə ehtiyac var. Türkiyə tərəfində də önümüzdəki aylarda çalışmağa başlayacağıq. 4 il müddətində bu çalışmaları bitirib fəaliyyətə başlayacağımızı düşünürəm”.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki