İrlandiya Beynəlxalq Boks Assosiasiyasında qalmağa qərar verib

image-boksbackend

İrlandiya Boks Federasiyası (IABA) rusiyalı Umar Kremlevin rəhbərlik etdiyi Beynəlxalq Boks Assosiasiyasının (IBA) tərkibində qalmağa qərar verib.

Busaat.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, növbədənkənar iclasda nümayəndələr IBA-dan dərhal çıxmaqla bağlı yekdil qərar qəbul edə bilməyiblər.

Dəyişikliyi qəbul etmək üçün 75 faiz səs toplamaq lazım idi.

Bundan əvvəl İsveçrə Boks Federasiyası da IBA-dan çıxmaqdan imtina edib. Avqust ayında IBA-ya alternativ olan “World Boxing” təşkilatı 12 federasiyanın ayrılaraq ona birləşdiyini elan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki