İsa Məlikov vəzifəsindən getdi – Yerinə o təyin olundu

image-f3e2bcff21a009d1cbb4a2bd4281689cisid-jpgbackend

“Avroviziya” beynəlxalq mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri İsa Məlikov vəzifəsindən ayrılıb.

Busaat.az xəbər verir ki, bu barədə o, “Facebook” hesabında bildirib.

O bildirib ki, artıq bir neçə ildir üzərində çalışdığı layihələrin reallaşmasına vaxt ayıracaq: “İTV telekanalı və xüsusi ilə də kanalın rəhbərliyi ilə münasibətlərimiz möhtəşəm formalaşıb. İrəlidə bir çox planımız var və 2023-də xeyli maraqlı istiqamətlərdə çalışacağıq”.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, sözügedən vəzifəyə İTV Baş direktorunun müavini Vasif Məmmədov təyin edilib.

Qeyd edək ki, bu il müsabiqə Ukrayna adından Böyük Britaniyada keçiriləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90