UEFA Konfrans Liqasında 2024/2025 mövsümünün ən yaxşı futbolçusu bəlli olub.
Busaat.az Report.az-a istinadən xəbər verir ki, İspaniyanın “Betis” klubundan İsko bu ada layiq görülüb.
Qeyd edək ki, İsko Konfrans Liqasında meydana çıxdığı 9 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. “Betis” turnirin finalında İngiltərə təmsilçisi “Çelsi”yə uduzub – 1:4.